image-n1karobka_ads
image-123
image-rian_6658974-hr-pic_32ratio_900x600-900x600-12895-1backend

2023-cü ildə Misirə səfər edən rusların sayı açıqlanıb

Ötən il Misirə 1,2 milyona yaxın rusiyalı turist gəlib.

Bu barədə Rusiyanın Qahirədəki səfiri Georgi Borisenko RİA Novosti agentliyinə müsahibəsində bildirib.

“Bunlar rekord rəqəmlər deyil. Rekord 2014-cü ildə 3,3 milyon Rusiya vətəndaşının Misirə gəlişi ilə qeydə alınıb”.

Borisenko qeyd edib ki, Rusiya tərəfi Misirdən olan həmkarları ilə turist axınının artmasına mane olan problemləri aradan qaldırmaq üçün işləyir.

“Bir çox ruslar Misiri sevir və bura gəlməkdən məmnundurlar, biz Rusiyadan turist axınının artmasına mane olan mövcud logistik problemləri aradan qaldırmaq üçün Misir hakimiyyəti ilə işləyirik”, – səfir əlavə edib.

Mənbə: RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki