Aqrar Subsidiya Şurası 2026-cı il üzrə kənd təsərrüfatı bitkiləri üçün əkin əmsalları, subsidiyalar, toxum və ting kvotalarını müəyyən edib.
Doğru.az xəbər verir ki, qərar Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə əsasən qəbul edilib.
Kənd Təsərrüfatı Nazirliyi bildirir ki, 2026-cı ildə əkin əmsalları və subsidiyanın məbləği kənd təsərrüfatı bitkiləri üzrə müəyyən edilib.
DOĞRU.AZ