image-n1karobka_ads
image-123
image-17630209322718311624_1200x630backend

2026-cı ilin dövlət büdcəsində kənd təsərrüfatına 1,2 milyard manat ayrılıb

image-ad_qayo_720x110px

Gələn ilin dövlət büdcəsində kənd təsərrüfatı xərclərinə 1,2 milyard manat məbləğində vəsait nəzərdə tutulub.

Doğru.az xəbər verir ki, bu, 2025-ci illə müqayisədə 18 milyon manat və ya 1,5 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 126 milyon manat və ya 11,5 faiz çoxdur.

Maliyyə nazirinin müavini Himalay Məmişov noyabrın 13-də Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında çıxışı zamanı bildirib ki, həmin xərclərin 42 faizi və ya 513 milyon manatı ərzaq təhlükəsizliyi tədbirləri üçün nəzərdə tutulub. Buraya fermerlərə subsidiyalar (əkin, məhsul, toxum, heyvan, barama və s.), kənd təsərrüfatı texnikaları, texnoloji avadanlıqlar və suvarma sistemlərinin satış qiymətinə güzəştlərin tətbiqi daxildir.

Növbəti ildə torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, müasir suvarma üsullarının tətbiqi, subartezian quyularının saxlanılması və digər meliorasiya tədbirləri üçün xərclərin 40,1 faizi və ya 490 milyon manat ayrılacaq.

Həmçinin, baytarlıq və bitki mühafizəsi tədbirləri, dezinfeksiya vasitələrinin saxlanılması və daşınması, kənd təsərrüfatı heyvanlarının və bitkilərinin sığortalanması, maddi-texniki təminatın möhkəmləndirilməsi üçün gələn il 219 milyon manat vəsait ayrılması planlaşdırılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki