2050-ci ilə qədər 60 yaşdan yuxarı dünya əhalisi iki dəfə artaraq 2,1 milyarda çatacaq. “Euronews” bu barədə yanvarın 15-dən 19-dək Davosda keçirilən Dünya İqtisadi Forumunun (ÜİF) yekunlarına dair hesabata istinadən yazır.
Gələcəkdə bir çox insan pensiyasını əldən verəcək. İnsanlar həyatlarının son 8-10 ilini demək olar ki, heç bir pul olmadan keçirməyə risk edirlər. Hesabatda deyilir ki, bu siyasətçilər tərəfindən həll edilməli olan ciddi problemdir.
Hesabatda qeyd olunur ki, ölkələr vətəndaşların maliyyə təhsilinə çıxışını təmin etməlidir. Bu gün dünya əhalisinin yalnız 33%-i maliyyə savadlı sayılır.
Hesabatın müəllifləri həmçinin maaş və pensiyalardakı bərabərsizliyin mərkəzləşdirilmiş şəkildə həllinə çağırıblar.
Mənbə: A Haber