image-2000x150px
image-123
image-ads_atlas
image-85cfdc1e-1608-350d-8e0a-b470f5940ccd_850backend

Həbsdə olan sabiq icra başçısının məhkəməsi Bakıda keçiriləcək

image-728x90px

Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və rayonun digər vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə iclasının Bakıda keçirilməsi gözlənilir.

“Report”un məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, cinayət işinin məhkəmə iclası Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçiriləcək.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nizami Quliyevin sədrliyi ilə baş tutacaq proses gələn həftəyə təyin edilib.

Qeyd edək ki, İ.Vəliyev və digərləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham verilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki