image-n1karobka_ads
image-123
image-431106718_1133566787816028_6062683683872006018_n-pic_32ratio_900x600-900x600-94437backend

37 yaşlı Ledi Qaqa makiyajsız və qaşları ağardılmış fotosunu yayımlayıb

Müğənni Ledi Qaqa pərəstişkarlarına makiyajsız necə göründüyünü nümayiş etdirib.

Məşhur İnstaqramda foto yerləşdirib.

37 yaşlı Ledi Qaqa çəhrayı rəngli uzun qollu ağ paltarda kamera qarşısına keçib. Müğənni makiyajsız və qaşları ağardılmış pozalar verib. Aktrisa saçlarını hörərək başına yaylıq taxıb. Yataq otağında çarpayıda uzanmışdı.

Ledi Qaqa 2020-ci ildən sahibkar Maykl Polanski ilə münasibətdədir. Harvard Universitetinin məzunudur. Polanski Facebook-un həmtəsisçisi Şon Parker tərəfindən yaradılan Parker Qrupunun xeyriyyə layihələrində iştirak edirdi. Müğənni şəxsi həyatını reklam etməməyə çalışır, ona görə də nadir hallarda sevgilisi ilə ictimaiyyət qarşısına çıxır.

Mənbə: Haberler.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki