image-n1karobka_ads
image-123
image-rts1q2kk-pic905-895x505-96012backend

90-cı illərin əsas futbol ikonasının adı açıqlanıb

image-ad_qayo_720x110px

Britaniyanın “FourFourTwo” jurnalı 90-cı illərin əsas futbol ikonalarının öz reytinqini təqdim edib.

Siyahı nəşrin rəsmi saytında dərc olunub.

Birinci yeri “Mançester Yunayted”in keçmiş baş məşqçisi Aleks Ferqyuson tutub. Şotlandiyalı mütəxəssis futbol tarixində ən çox mükafat alan məşqçidir. O, 1986-2013-cü illərdə “Mançester Yunayted”ə rəhbərlik edib.

Braziliya millisinin sabiq hücumçusu Ronaldo ikinci yeri tutub. İlk üçlüyü İtaliya millisinin sabiq hücumçusu Roberto Baggio tamamlayıb.

90-cı illərin 10 əsas futbol ikonu:

Aleks Ferqyuson (Mançester Yunayted);
Ronaldo (Braziliya millisi, İnter, Barselona);
Roberto Baggio (İtaliya millisi, “Yuventus”);
Zinəddin Zidan (Fransa millisi, “Yuventus”);
Erik Kantona (Mançester Yunayted, Fransa millisi);
Devid Bekhem (Mançester Yunayted, İngiltərə millisi);
Pol Qaskoyn (İngiltərə yığması);
Arsen Venger (Arsenal);
Dennis Bergkamp (Arsenal, Hollandiya millisi);
Paolo Maldini (Milan, İtaliya millisi).

Mənbə: Sports.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki