image-n1karobka_ads
image-123
image-2023-07-13t000000z_1019980326_mt1nurpho0004u2p3h_rtrmadp_3_nato-summit-in-vilnius-lithuania-pic_32ratio_900x600-900x600-91465backend

ABŞ Avropanın NATO-ya alternativ yaradılmasını müzakirə etdiyini bildirib

Avropa liderləri NATO-nu əvəz edə və ya tamamlaya biləcək strukturların yaradılmasını müzakirə etməyə başlayıblar, çünki Donald Trampın ABŞ prezidenti ola biləcəyi və alyansa dəstəyi azalda biləcəyi ilə bağlı qorxular var.

Bu barədə “The Washington Post” məlumat yayıb.

Mənbənin sözlərinə görə, avropalılar Amerika dövlətinin hazırkı lideri Co Baydenin “zəifliyini” dəhşətlə izləyir, həmçinin NATO və Avropanın alyansdakı rolu barədə dəfələrlə xoşagəlməz danışan Trampın gəlişindən qorxurlar.

Qeyd olunur ki, Avropada narahatlıqlar Trampın ÜDM-nin 2%-dən azını müdafiəyə ayıran NATO üzvü olan bir dövlətə üçüncü ölkələrin mümkün hücumunu dəstəkləyəcəyi barədə sözləri ilə bağlı olub.

Mənbə: CNN Türk

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki