ABŞ-da 90 yaşlı Texas sakini fənlərarası tədqiqatlar üzrə magistr dərəcəsi alıb.
1950-ci ildə orta məktəbi bitirdikdən sonra Minnie Payne qısa müddət ərzində kollecdə oxuduğunu və sonra oranı tərk etdiyini söylədi. Lakin qadın 68 yaşında təqaüdə çıxanda təhsilini davam etdirmək istəyib.
Payne Texas Qadın Universitetində oxuyub və burada üç jurnalistika kursu keçib.
“Mən həmişə sözlərlə işləmişəm və yazmağı həmişə sevmişəm. Mən daha yaxşı olmaq istəyirdim”, – amerikalı izah etdi.
Minnie ali təhsil diplomu aldı, lakin bu onun üçün kifayət etmədi. 90 yaşında o, fənlərarası tədqiqatlar üzrə magistr dərəcəsini tamamladı.
“Biz “ömür boyu öyrənən” terminindən istifadə edirik, lakin Minnie bunu həqiqətən nümayiş etdirir. Onun əzmkarlığı təsir edicidir. Onun bu diplomu əldə etmək məqsədi var idi”, – deyə universitetdən bildirilib.
Mənbə: Gazeta.ru