image-n1karobka_ads
image-123
image-68febe9a02e8bd0a8c7b1598backend

ABŞ hərbi helikopteri və qırıcısı Cənubi Çin dənizində qəzaya uğrayıb

image-ad_qayo_720x110px

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus MH-60R Sea Hawk tipli helikopter və F-18 qırıcısı Cənubi Çin dənizində iki ayrı insident nəticəsində qəzaya uğrayıb.

Doğru.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin Sakit Okean Donanmasının məlumatına görə, hər iki təyyarə adi əməliyyatlar zamanı qəzaya məruz qalıb. Hazırda hadisələrin səbəbləri araşdırılır.

CBS News məlumat verir ki, insidentlər nəticəsində itkilər qeydə alınmayıb.

Qeyd edək ki, ötən həftə də Honq-Konq Beynəlxalq Hava Limanında yük təyyarəsi uçuş-enmə zolağından çıxaraq yerüstü ekipaj maşını ilə toqquşub və qismən dənizə düşmüşdü.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki