image-n1karobka_ads
image-123
image-depositphotos_8502269_xl-2015-pic_32ratio_1200x800-1200x800-18430backend

ABŞ husilərin ABŞ gəmisini vurduğunu təsdiqləyib

ABŞ ordusu Yəmənin Ənsar Allah üsyançı hərəkatından olan husilərin Ədən körfəzində ABŞ-ın Chem Ranger gəmisinə raket hücumu təşkil etdiyini təsdiqləyib.

Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Twitter səhifəsində məlumat yayıb.

CENTCOM-un bəyanatında deyilir ki, yanvarın 18-də husilər ABŞ-a məxsus və Yunanıstanın idarə etdiyi Chem Ranger tankerinə iki gəmi əleyhinə ballistik raket atıblar.

“Komanda raketlərin gəminin yaxınlığında suya düşdüyünü görüb”, – məlumatda deyilir.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Mənbə: CNN Türk

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki