image-n1karobka_ads
image-123
image-upload-06-pic_32ratio_900x600-900x600-26642backend

ABŞ İordaniyadakı bazaya PUA-nın endirdiyi zərbənin səkkiz qurbanını təxliyə edib

Birləşmiş Ştatlar İordaniyadakı bazasına pilotsuz təyyarənin hücumu nəticəsində səkkiz qurbanı təxliyə edib.

CNN xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Hücum zamanı qurbanların ümumi sayı 34 nəfər olub.

Bundan əvvəl İraqın “Shafaq News” xəbər portalı ABŞ və Qərb koalisiyasının İordaniya ilə Suriya sərhədindəki Əl-Tənf bölgəsindəki hərbi bazasına hücumda iştirak edən pilotsuz təyyarələrin İraqdan buraxıldığını bildirib.

Mövcud məlumata görə, pilotsuz uçuş aparatları İraqın Ənbar əyalətinin Rutba şəhərindən buraxılıb. Amerikalılara edilən hücuma görə məsuliyyət İraqın İslam Müqaviməti hərəkatının bir hissəsi olan Kataib Hizbullah qruplaşmasının üzərinə düşür.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki