image-ads_n1karobka_mobile
image-7c73ecfebf473b22df3777912412765fbackend

ABŞ – İran qarşıdurması pik həddə: “son zərbə” planı

image-add-a-heading

Qərb koalisiyasının hərbi uğur ritorikasına baxmayaraq, İranın ciddi itkilər versə də rəqiblərinə ziyan vurmaq imkanını saxladığı bildirilir.

Doğru.az xəbər verir ki, bu barədə The National Interest jurnalında dərc olunan məqalədə qeyd olunub. Nəşr yazır ki, “məğlub” sayılan bir ölkə üçün İranın vurduğu zərər hələ də böyükdür və Fars körfəzi bölgəsindəki bir neçə ABŞ hərbi bazası yaşayış üçün yararsız hala düşüb. Eyni zamanda İsrailin hava hücumundan müdafiə sistemlərinin də gözlənilən effekt vermədiyi iddia edilir.

Məqalədə vurğulanır ki, Vaşinqtonun addımları qlobal iqtisadiyyata mənfi təsir göstərir. Bunun Asiyada yanacaq çatışmazlığına, Avropada isə enerji qiymətlərinin kəskin artmasına səbəb olduğu qeyd edilir. Bu səbəbdən ABŞ-ın müttəfiqləri Vaşinqtonu getdikcə daha çox gözlənilməz tərəfdaş kimi qiymətləndirir.

Nəşr həmçinin ABŞ prezidenti Donald Trump administrasiyasının İrana qarşı mümkün yeni hərbi planlarına da diqqət çəkir. Bildirilir ki, Trampın Xarq adasını ələ keçirmək üçün qüvvə topladığı və bu əməliyyatın “son zərbə” kimi təqdim olunduğu iddia edilir. Lakin bunun münaqişənin sonu olub-olmayacağı açıq qalır.

Daha əvvəl isə The New York Times ABŞ-ın Tehrana gərginliyin azaldılması üçün 15 maddəlik plan təqdim etdiyini yazmışdı. Plan çərçivəsində Vaşinqton İranın nüvə proqramını dayandırmasını, proksi qüvvələrə dəstəyi kəsməsini, Hörmüz boğazında sərbəst naviqasiyanı təmin etməsini və raket imkanlarını məhdudlaşdırmasını tələb edir. Bunun müqabilində sanksiyaların ləğvi və nüvə enerjisinin inkişafına dəstək vəd edilir.

DOĞRU.AZ 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki