ABŞ İordaniyadakı ABŞ bazasına hücuma cavab variantlarını nəzərdən keçirir və İrana qarşı gizli əməliyyat keçirməyi istisna etmir.
Bu barədə Bloomberg məlumat yayıb.
Nəşr qeyd edib ki, Amerika bazasına hücum Amerika hakimiyyətinin “həlledici reaksiyasına” səbəb ola bilər. Ehtimal edilən əməliyyat miqyasına görə Qəzza zolağında münaqişə başlayandan sonra Vaşinqtonun etdiklərini üstələyə bilər.
Nəşrin ekspertləri hesab edirlər ki, Vaşinqton mümkün hərbi kampaniyada iştirakını elan etməyəcək. Onlar bunun Vaşinqtonla Tehran arasında birbaşa qarşıdurmaya çevrilə biləcəyini irəli sürüblər.
Yanvarın 28-nə keçən gecə pilotsuz təyyarə Suriya və İordaniya sərhədində yerləşən ABŞ hərbi bazasına hücum edib.
Mənbə: Bloomberg