image-n1karobka_ads
image-123
image-2023-10-31t142451z_163888000_rc2q34a4qijr_rtrmadp_3_usa-congress-funding-_1_-pic_32ratio_900x600-900x600-776backend

ABŞ Konqres üzvlərinə qarşı təhdidlərin sayının artdığını bildirib

ABŞ-da beynəlxalq vəziyyətin pisləşməsi, xüsusən də ABŞ-da etirazlara səbəb olan Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda Konqres üzvlərinə qarşı təhdidlərin sayı artır.

Bu barədə Amerikanın “Axios” portalı ABŞ Kapitoli polisinə istinadən yazır.

“Konqres üzvlərinə qarşı təhdidlərlə bağlı araşdırmaların sayı 2022-ci ildə azaldıqdan sonra 2023-cü ildə yenidən artıb… bu yaxınlarda açıqlanan məlumatlara görə, Kapitol polisi 2023-cü ildə təhdidləri qiymətləndirən 8008 iş açıb. 2022-ci illə müqayisədə 500-dən çox”, – hesabatda deyilir.

Konqres üzvlərinə qarşı təhdidlərin artması, İsrail-Həmas müharibəsi ilə bağlı etirazların, vandalizmin və təhlükəsizlik insidentlərinin artması Konqres üzvlərini təhlükəsizliklərindən narahat etdiyi bir vaxtda baş verir.

Mənbə: CNN Türk

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki