Demokratlardan senatorluğa namizəd Lourens Hamm ABŞ-ın regionda kütləvi qeyri-qanuni miqrasiyanın yayılmasına töhfə verən xarici və iqtisadi siyasətində dəyişikliklər etməli olduğu fikrini bildirib.
Nyu Cersi ştatını təmsil edən Hamm, “Biz insanları öz ölkələrini tərk etməyə məcbur edən mənfi cəhətləri yaradan ABŞ-ın xarici və iqtisadi siyasətini dəyişməliyik” dedi.
O, həmçinin sərhəd divarının tikintisinə, ailələrin ayrılmasına, mühacirlərin, onların ailələrinin və uşaqlarının qəfəslərə salınmasına qarşı olduğunu bildirib. Siyasətçi ölkəsinin üzləşdiyi miqrasiya böhranını uğurla həll etmək üçün müvafiq idarə və xidmətlərin adekvat maliyyələşdirilməsini əsas şərt hesab edir.
Hammın sözlərinə görə, ABŞ-ın federal orqanları qeyri-qanuni miqrant axınından zərər çəkmiş ştat və şəhərlərə əlavə maliyyə ayırmalıdır.
Mənbə: CNN Türk