ABŞ Gömrük və Sərhəd Mühafizəsi ABŞ-ın Texas ştatı ilə Meksika arasında iki dəmir yolu körpüsünün bağlandığını açıqlayıb.
Qeyd olunur ki, bağlanmağa səbəb qatarla Meksikadan keçməklə ABŞ-a daxil olan qeyri-qanuni miqrant axını olub.
“ABŞ Gömrük və Sərhəd Mühafizə Sahə Əməliyyatları miqrantların tutulmasında ABŞ Sərhəd Patruluna dəstək vermək üçün personalı yönləndirmək üçün Texas ştatının Eagle Pass və El Paso şəhərlərində beynəlxalq sərhəd dəmir yolu körpülərindəki əməliyyatları müvəqqəti olaraq dayandıracaq”, – deyə məlumatda bildirilir.
Mənbə: A Haber