ABŞ Senatının sərhədlərin mühafizəsi, habelə Ukrayna və İsrailə yardım üçün əlavə vəsait ayırmaq üçün təqdim etdiyi qanun layihəsi İsrailin hava hücumundan müdafiə sistemini gücləndirmək üçün 4 milyard dollar vəsaitin ayrılmasını nəzərdə tutur.
Bu barədə sənədin mətnində deyilir.
“Iron Beam” raketdən müdafiə sisteminin alınmasına təxminən 1,2 milyard dollar ayrıldığı bildirilir. Qanun layihəsi çərçivəsində İsrailə yardım üçün nəzərdə tutulan vəsaitin ümumi məbləği təxminən 14,1 milyard dollardır.
Fevralın 5-də bildirilib ki, Kiyevə yardım çərçivəsində ABŞ Senatının qanun layihəsi ABŞ hərbi anbarlarının dəyişdirilməsi üçün təxminən 20 milyard dollar nəzərdə tutur ki, bu da Ukraynaya dəstək üçün ayrılan ümumi məbləğin üçdə birini təşkil edir.
Mənbə: CNN Türk