Birləşmiş Ştatlar ölkənin Venesuela ilə Essequibo bölgəsinin mülkiyyətinə dair ərazi mübahisəsi səbəbindən Qayanaya hərbi yardımın həcmini təcili olaraq artırmaq qərarına gəlib.
Bu barədə Fox News xəbər verir.
Nəşr qeyd edib ki, bu münasibətlə prezidentin milli təhlükəsizlik üzrə köməkçisinin baş müavini Con Finer və Qərb yarımkürəsi məsələləri üzrə baş direktor Xuan Qonzales görüşüblər. Həmkarlar ölkənin silahlanması ilə bağlı fikir mübadiləsi aparıblar.
Finer ölkələr arasında əməkdaşlığın sırf müdafiə xarakterli olduğunu bildirib. O əlavə edib ki, Birləşmiş Ştatlar xarici təhlükə zamanı Qayananın ərazi bütövlüyünü müdafiə edə bilməsini istəyir.
Jurnalistlər qeyd ediblər ki, hərbi yardım barədə qərar Senatda Ukraynaya yardımla bağlı səsvermə ərəfəsində verilib.
Mənbə: A Haber