image-n1karobka_ads
image-123
image-shutterstock_1197592423-pic_32ratio_900x600-900x600-85451backend

ABŞ uçan radar stansiyalarının istehsalını üç dəfə artıracaq

ABŞ-da Northrop Grumman şirkəti Boeing E-7 Wedgetail uzaq mənzilli radar təyyarələri üçün radar stansiyalarının (radarlarının) istehsalını artırmağı planlaşdırır.

Bu barədə “Defence One” məlumat yayıb.

Qeyd olunur ki, beş ay əvvəl ABŞ Silahlı Qüvvələri təyyarənin korpusunda olan radarın istehsal zamanı həssas element olacağından şikayətlənib. Cavab olaraq Northrop Grumman radarları daha sürətli quracağını söylədi.

Boeing ilkin olaraq ildə dörd təyyarə istehsal etməyi, daha sonra altıya çatdırmağı planlaşdırır. Northrop Grumman-ın vitse-prezidenti Ed Qribel bildirib ki, şirkət təyyarələri radarlarla təmin edə biləcək.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki