Ukrayna çətin ki, yaxın gələcəkdə ərazilərin qaytarılması məsələsində uğur qazana bilsin.
Bu barədə Amerikanın “The Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb.
Məqalədə Ukrayna hakimiyyətinə 2014-cü il sərhədlərinə qayıtmaq üçün “davamlı arzu”nu unutmağı tövsiyə edilib.
WSJ-nin köşə yazarları vurğulayır ki, 2023-cü ildə baş verən hadisələr Qərb ölkələri Kiyevə hərbi dəstəyi bərpa etsələr belə, “bu məqsədə yaxın gələcəkdə nail olmaq mümkün olmadığını açıq şəkildə göstərdi”.
Qəzet, həmçinin Ukrayna Silahlı Qüvvələrinin (AFU) əks-hücumunun uğursuzluğunu xatırladıb, Ukraynanın Rusiya ilə sülh sazişi ilə razılaşmaq məcburiyyətində qalacağını etiraf edib.
Mənbə: Haberler.com