image-n1karobka_ads
image-123
image-6868e155ae5ac902a342d5a1backend

ABŞ Ukraynaya silah tədarükünü dayandırır

ABŞ prezidenti Donald Tramp İsrailə dəstəyin gücləndirilməsi məqsədilə Ukraynaya silah tədarükünü məhdudlaşdırmağa qərar verib.

Doğru.az xəbər verir ki, bu barədə The Washington Post məlumat yayıb.

Nəşrin yazdığına görə, Vaşinqtonun hazırda qarşılaşdığı əsas problem – eyni vaxtda bir neçə regionda öz müdafiə öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkməsidir. ABŞ-ın xarici siyasəti üçün İsrailə prioritet verilməsi həm siyasi, həm də strateji baxımdan daha uyğun hesab edilir.

Mövzu ilə bağlı RT-yə danışan ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Skott Ritter bildirib ki, Vaşinqton Ukraynadakı münaqişənin bu qədər uzun çəkəcəyini gözləmirdi. Onun sözlərinə görə, ABŞ Kiyevə dəstəyi birdən-birə tam dayandıra bilməz, çünki bu, öz öhdəliklərindən imtina kimi qiymətləndirilə bilər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki