image-n1karobka_ads
image-123
image-rtx3g8d4-pic905-895x505-74004backend

ABŞ və İsveç müdafiə sahəsində əməkdaşlığı gücləndirmək üçün saziş imzalayıb

image-ad_qayo_720x110px

ABŞ və İsveç Vaşinqton və Stokholm arasında hərbi tərəfdaşlığı genişləndirən müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb.

RİA Novosti bu barədə ABŞ Dövlət Departamentinin bəyanatına istinadən xəbər verir.

Sənəddə deyilir ki, saziş Vaşinqton və Stokholma çoxtərəfli təhlükəsizlik əməliyyatlarında əməkdaşlığı gücləndirməyə, həmçinin transatlantik təhlükəsizliyi gücləndirməyə imkan verəcək.

Müqavilə İsveçin NATO-ya daxil olmasından əvvəl və sonra tətbiq olunacaq. Dövlət Departamenti qeyd edib ki, İsveç Şimali Atlantika Alyansının dəyərlərini müdafiə edir və Stokholm ona qoşulduqdan sonra NATO güclənəcək.

Mənbə: RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki