image-2000x150px
image-123
image-ads_atlas
image-mehkemebackend

ABŞ və Venesuela Argentinada saxlanılan təyyarəyə görə məhkəmədə görüşüb

image-728x90px

Argentina məhkəməsi Amerika tərəfinin vaxtilə İranda aldığı Venesuelanın Emtrasur aviaşirkətinin təyyarəsini ona təhvil vermək tələbini təmin edib.

TASS bu barədə “La Nacion” qəzetinə istinadən xəbər verir.

Mübahisəli təyyarə 2022-ci ilin iyun ayından Argentinadadır. O, beş İran vətəndaşı və 14 Venesuela vətəndaşının daxil olduğu ekipajın terrorda iştirakına görə yoxlanılması ilə əlaqədar saxlanılıb. Onların hamısı sonradan buraxılıb, lakin təyyarə hava limanında qalıb.

Buna səbəb təyyarənin vaxtilə Amerika sanksiyaları altında olan İranın “Mahan Air” aviaşirkətindən alındığı üçün onun həbsini tələb edən ABŞ-ın mövqeyi olub.

“Venesuellanın maraqlarını təmsil edən vəkil məhkəmənin qərarından apellyasiya şikayəti verib. Təyyarə yalnız bütün müraciətlərə baxıldıqdan sonra ABŞ-a təhvil verilmək üçün müsadirə oluna bilər”, – nəşr yazır.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki