ABŞ Hərbi Hava Qüvvələri Sakit okeanın Tinian adasında yerləşən köhnə aerodromdan istifadəni bərpa etməyi planlaşdırır.
Bu barədə CNN amerikalı general Kennet Vilsbaxa istinadən məlumat yayıb.
Materialda vurğulandığı kimi, 1945-ci ilin avqustunda bu aerodromdan Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinin atom bombaları ilə bombalanmasına başlanılıb. Eyni zamanda, ABŞ Hərbi Hava Qüvvələri komandirinin sözlərinə görə, ölkə ordusunun Sakit okean regional hərbi əməliyyat-strateji formalaşmasının bir hissəsi kimi, gələcəkdə adıçəkilən baza yenidən “geniş” hərbi obyektə çevrilə bilər.
Vilsbax izah edib ki, bu, aerodromun bitkilərdən təmizlənməsi üzrə işlər başa çatdıqdan sonra baş verəcək. ABŞ Hərbi Hava Qüvvələrinin son bölmələri 1946-cı ildə ərazini tərk etdikdən sonra Amerika bazası əsl cəngəlliyə çevrildi.
Mənbə: CNN Türk