image-2000x150px
image-123
image-ads_atlas
image-upload-2024-01-12t041420z_1229282036_rc23g5a9mwqd_rtrmadp_3_israel-palestinians-yemen-strike-pic_32ratio_900x600-900x600-83699backend

ABŞ Yəməndə husilərə qarşı yeni zərbələr endirib

image-728x90px

ABŞ ordusu Yəməndə husilərə qarşı yeni zərbələr endirib və iki gəmi əleyhinə raketi məhv edib.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) xəbər verir.

“ABŞ Mərkəzi Komandanlığı qüvvələri atılmağa hazır olan iki Husi gəmi əleyhinə raketi vurdu”, – nəşr bildirib.

Qeyd olunur ki, ABŞ ordusu husilərin nəzarətində olan ərazidə raketlər aşkar edərək, onların ticarət gəmilərini və ABŞ gəmilərini təhdid etdiyini müəyyən edib, bundan sonra özünümüdafiə məqsədilə onları məhv edib.

Bundan əvvəl Böyük Britaniyanın baş naziri Rişi Sunak Yəmənə endirilən zərbələri beynəlxalq hüquq normalarına uyğun olaraq özünümüdafiə adlandırıb.

Mənbə: CNN Türk

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki