image-nerjbanner
image-ads_atlas
image-36-pic_32ratio_900x600-900x600-58753backend

ABŞ Yəməndə husilərin hədəflərinə dörd zərbə endirib

image-nerjbanner

ABŞ Yəməndə Husilərin dörd hədəfinə hücum edib.

Bu barədə ABŞ Mərkəzi Komandanlığının Twitter sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

Zərbələrin hədəfi Qırmızı dənizə doğru atılmaq üçün hazırlanmış yeddi mobil gəmi əleyhinə qanadlı raket və bu cür raketlərin bir mobil buraxılış qurğusu, həmçinin Husilərə məxsus pilotsuz uçan aparat olub.

“Bu hərəkətlər naviqasiya azadlığını qoruyacaq və beynəlxalq suları ABŞ Hərbi Dəniz Qüvvələri və ticarət gəmiləri üçün daha təhlükəsiz edəcək”, – Pentaqon vurğulayıb.

Bundan əvvəl husilər Ədən körfəzində iki Amerika gəmisinə hücum etmişdilər.

Mənbə: Haber Global

image-ads_atlas320_100

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki