Oktyabrın 31-dən noyabrın 2-dək İçərişəhərdə Zeytun Festivalı keçirilir.
Doğru.az xəbər verir ki, “Absheron Olive Garden”, “Zire Olives” və “Olivea” şirkətlərinin sponsorluğu ilə təşkil olunan festivalın əsas məqsədi Azərbaycanın qədim zeytunçuluq ənənələrinin təbliği, yerli istehsalçıların dəstəklənməsi və milli brendin formalaşdırılmasıdır.
Tədbirə Prezidentin köməkçisi Anar Ələkbərov və kənd təsərrüfatı naziri Məcnun Məmmədov qatılaraq pavilyonları ziyarət edib, yerli istehsalçıların məhsulları ilə tanış olublar.
Festival çərçivəsində retro avtomobil sərgisi, tematik guşələr və zeytun əsasında ustad dərsləri keçirilir. Həmçinin, İçərişəhərdə fəaliyyət göstərən 17-dən çox restoran zeytun və zeytun yağı əsasında xüsusi menyular təqdim edir.
Ziyarətçilər açıq havada İçərişəhərin tarixi mühiti ilə birləşən festival ab-havasından və milli mətbəxin zəngin təamlarından zövq ala bilirlər.
DOĞRU.AZ





























