image-2000x150px
image-123
image-ads_atlas
image-189845_x8yig24yewbackend

Ağadadaş Ağayev ölüm xəbərinə BELƏ REAKSİYA VERDİ – FOTO

image-728x90px

Ötən gecə Xalq artisti Ağadadaş Ağayevin ölüm xəbəri yayılıb.

Doğru.az xəbər verir ki, Hacı Nuran bu xəbərlərdən sonra Türkiyədə müalicə alan sənətçini ziyarətə gedib. O, sosial media hesabında Ağadadaş Ağayevlə fotolarını paylaşaraq vəziyyətinin yaxşı olduğunu yazıb:

“İnsanın hissləri ilə oynamaq olmaz…Reytinq naminə kiminsə milyonlarla pərəstişkarını, ailəsini üzmək olmaz. Bir çox saytlar Ağadadaş Ağayevin ölüm xəbərini tirajlayır. Hazırda onun yanındayam… O, bu xəbərlərə baxıb gülür. Amma gözlərinin dərinliyində təəssüf hissi olduğunu görürəm…Ürək-dirək verir, fikir verməməyi xahiş edirəm. Bəzi sayt rəhbərlərinə bildirim ki, Ağadadaş Ağayev sağ-salamatdır və hazırda müalicəsi də davam edir.Həyat yoldaşı da, mən də yanındayıq…Narahatlığa heç bir əsas yoxdu”.

DOĞRU.AZ

Ağadadaş Ağayev ölüm xəbərinə BELƏ REAKSİYA VERDİ - FOTO

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki