image-2000x150px
image-123
image-ads_atlas
image-221733_ouq3dl6pimbackend

Ağadadaş Ağayevin əməliyyatdan sonrakı görüntülərini paylaşdı

image-728x90px
Aparıcı Hacı Nuran Hüseynov Türkiyədə əməliyyat olunan Xalq artisti Ağadadaş Ağayeva baş çəkib.

Doğru.az Axşam.az-a istinadən  xəbər verir ki, o, müğənni ilə fotolar çəkdirərək İnstaqram hesabında yayımlayıb. O bildirib ki, Türkiyəyə xərçəngdən əziyyət çəkən ifaçıya baş çəkməyə yollanıb:

“Bakıdan kiminsə onu görməyə gəlməsi onun üçün məlhəm idi. Əsrin bəlası olan xərçənglə mübarizə aparırdı sənətkar. Mən də bu xəbəri eşidən kimi biganə qala bilməzdim. Çünki Ağadadaş da mənim xəstə yatağımda mənə ilk baş çəkənlər arasında idi. Əhvalı yaxşı idi. Ruhdan düşmək olmazdı. Çünki bilirdi ki, xərçəngə qalib gəlmək üçün ən böyük məlhəm insanın özü-özünə təskinliyidir. Onu ruhdan düşməyə qoymayan bir mələk də vardı yanında: bu onun ömür-gün yoldaşı Pərvin xanım idi. Bu xəstəliyin nə olduğunu yaxşı bilirəm. Onu da yaxşı bilirəm ki, insan üçün bu məqamlarda vacib olan motivasiyadır”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki