image-2000x150px
image-123
image-ads_atlas
image-5c0b07d4-f447-35bf-8276-92b8a3e63e1e_850backend

Ağdamda Birinci Baharlı qəsəbə məktəbinin açılışı olub

image-728x90px

Sentyabrın 7-də Ağdam rayonu Birinci Baharlı qəsəbə tam orta məktəbi üçün yeni inşa olunan tədris binasının açılış mərasimi keçirilib.

Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, açılış mərasimində Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov iştirak ediblər.

Məlumat verilib ki, 432 şagird yerlik məktəbdə 16 sinif otağı, kimya, biologiya, fizika laboratoriyaları, texnologiya otaqları, hərbi hazırlıq, informatika kabinetləri, idman və akt zalları, kitabxana, yeməkxana, STEAM və inzibati otaqlar yaradılıb. Bina istilik, elektrik, müşahidə, havalandırma və yanğından mühafizə sistemləri ilə təchiz edilib.

Açılış mərasimində tədbir iştirakçıları məktəbdə yaradılmış şəraitlə tanış olublar.

Qeyd edək ki, Ermənistan silahlı bölmələri tərəfindən 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycanın yaşayış məntəqələrinin artilleriya atəşinə tutulması nəticəsində Ağdamda məktəb binalarına da ciddi ziyan dəymişdi. Onlardan biri də Birinci Baharlı qəsəbəsindəki məktəb idi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki