image-2000x150px
image-123
image-ads_atlas
image-22319_s0sdfiq735backend

Ağsuda başlanan yanğın Şamaxıya çatır

image-728x90px

Ağsunun Gəgəli kəndi istiqamətində başlanan yanğın Şamaxıya yaxınlaşıb.

Bu barədə “Qafqazinfo”ya Şamaxı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəşad Əliyev məlumat verib.

Onun sözlərinə görə, yanğın hələ ki, Şamaxı rayonuna keçməyib:

“Yanğının tüstüsü, dumanı görünür, lakin Şamaxıya çatmayıb. Hazırda ərazidə yanğınsöndürənlər alovun söndürülməsi istiqamətində iş görürlər. Hələ ki, yanğının bura keçmə ehtimalı yoxdur”.

Qeyd edək ki, Ağsunun Gəgəli kəndinin şimal-qərb tərəfində yüksək dağlıq ərazidə yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və kənd camaatının köməyi ilə yanğının meşəyə keçməsinin qarşısı alınır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki