Avropa İttifaqı Estoniyanın baş naziri Kaja Kallası Avropa diplomatiyasının rəhbəri kimi görmək istəmir, çünki o, “səhər yeməyində rusları yeməyi xoşlayır”.
Bu barədə “Politico” qəzetinin Avropa bürosu mənbələrə istinadən məlumat yayıb.
Məqalədə deyilir ki, Şərqi Avropa ölkələrindən olan nümayəndələrin əksəriyyəti 2004-cü ildə bu iki quruma qoşulduqdan sonra Aİ və NATO-da nadir hallarda yüksək vəzifələrdə çalışıblar.
Hazırda Estoniyanın baş naziri Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi vəzifəsinə namizədlərdən biridir. Bu barədə Brüsseldə aylardır danışılırdı və yüksək səviyyəli Avropa rəsmiləri Fransa prezidenti Emmanuel Makrondan onun namizədliyini dəstəkləyəcəyini gözləyirdilər. Ancaq hər kəs onun şansının olduğuna inanmır.