Avropa diplomatiyasının rəhbəri Xosep Borrell Aleksey Navalnının ölümü ilə bağlı beynəlxalq səviyyədə araşdırma aparmağa çağırıb.
Bu barədə RİA Novosti məlumat yayıb.
Borrelin sözlərinə görə, Moskva siyasətçinin “qəfil ölüm şəraiti” ilə bağlı müstəqil və şəffaf beynəlxalq araşdırmaya icazə verməlidir.
Müraciətdən sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Aİ diplomatiyasının rəhbəri Xosep Borrelin Navalnının ölümü ilə bağlı müstəqil beynəlxalq araşdırmaya icazə vermək çağırışını qəbul etmir.