Avropa Komissiyası qaçqınların qəbulu sistemini gücləndirmək üçün Litvaya təxminən 10 milyon avro ayırıb; vəsait Aİ-nin xarici sərhədinin potensialının gücləndirilməsinə və gələn qaçqınların qəbulu və yerləşdirilməsi üçün şəraitin təmin edilməsinə yönəlib.
Bu barədə yerli LRT telekanalı Litvanın Sosial Müdafiə və Əmək Nazirliyinə istinadən məlumat yayıb.
“Avropa Komissiyası qaçqınların qəbulu sistemini gücləndirmək üçün Litvaya 10 milyon avroya yaxın vəsait ayırıb”, – telekanal bildirib.
Qeyd olunur ki, nazirliyin məlumatına görə, əlavə investisiyalar Kibartaydakı Əcnəbilərin Qeydiyyat Mərkəzinin miqrasiya axınının potensial artımının öhdəsindən gələ bilməsi üçün yenidən qurulmasına yönəldiləcək.
Mənbə: A Haber