Avropa İttifaqı Rusiyaya raket ötürülməsi iddiası ilə əlaqədar İrana qarşı yeni sanksiyaları təsdiqləyib.
Bu barədə TASS DPA agentliyinə istinadən xəbər verir.
Qeyd edildiyi kimi, bu barədə Aİ ölkələrinin xarici işlər nazirləri müvafiq qərar qəbul etdikdən sonra avropalı diplomatlar danışıblar.
Sanksiyalar ballistik raketlərin istehsalı və ixracı ilə məşğul olan təşkilatlara təsir edəcək.
Bloomberg daha əvvəl yazmışdı ki, Avropa İttifaqı Moskvanı bu növ silahlarla təchiz etdiyinə görə Tehrana qarşı sanksiyalar üzərində işləyir.
DOĞRU.AZ