ABŞ-ın Çikaqo və Yel universitetlərindən bir qrup alim Vyana Universitetinin avstriyalı həmkarları ilə birlikdə 700 milyon ildən çox əvvəl Neoproterozoy erasında Yerin tam buzlanmasının səbəbləri ilə bağlı müzakirələrə qoşulub. Onların fikrincə, uzun sürən soyumaya meteoritlər səbəb ola bilərdi. Tədqiqat Science Advance (SciAdv) elmi jurnalında dərc olunub.
Məlumdur ki, təxminən 717 milyon il əvvəl Yer kürəsi qütblərdən ekvatora qədər buzla örtülmüş, qar kürəsinə çevrilmişdir. Planet növbəti 52 milyon il ərzində bu vəziyyətdə qaldı.
Komanda asteroidin təsirindən yaranan xarici təsirlər nəticəsində kəskin iqlim dəyişikliyi ehtimalını araşdırıb. Alimlər müxtəlif şəraitlərdə dəniz buzlarının əmələ gəlməsini nəzərə alan atmosfer və okean sirkulyasiyasının kompüter simulyasiyalarını apardılar.
Mənbə: TASS