image-2000x150px
image-123
image-ads_atlas
image-untitled-1backend

Alimpaşa Məmmədovun oğlu da həbs oluna bilər

image-728x90px

Şəmkirin həbs edilən sabiq icra başçısı Alimpaşa Məmmədovla bağlı DTX-nin açıqladığı rəsmi məlumatdan bəlli oldu ki, o, yüksək məbləğli cinayətlərini oğlu Adil Adilzadənin adına rəsmiləşdirməklə ört-basdır etmək istəyib.

Bəs belə olan halda, yetkinlik yaşına çatmış, hüquqi şəxs olan Adil Adilzadə məsuliyyətə cəlb edilə bilərmi?

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, A.Məmmədov 4 milyon manatlıq dövlət əmlakını 18 min dəfədən çox ucuz qiymətə, 220 manata oğlunun adına rəsmiləşdirib: “Artıq bu, bəlkə də Azərbaycanda bir ilkdir ki, yüksək vəzifəli şəxs özünün qanunsuz və hüquqazidd əməllərində oğlunun da iştirakını təmin edir. Bu sübuta yetirilərsə, artıq Alimpaşa Məmmədovun oğlu Adil Adilzadənin də külli dəyərə malik olan dövlət əmlakının qanunsuz olaraq mənimsənilməsi prosesində iştirakı təsdiqlənir. O, əmlakların şəxsən öz adına keçirilməsinə razılıq verib. Təbii ki, bu zaman sənədlərin imzalanmasında, digər qanunsuz addımların atılmasında iştirak edib.

Azərbaycan qanunvericiliyinə görə, bu deyilənlər sübuta yetirilərsə, Adil Adilzadənin də cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi reallaşa bilər. Bu, hələ ki informasiyadır, amma müəyyən araşdırmalardan sonra həyata keçə bilər.

Bunlar sübuta yetirilərsə, ilk dəfə olacaq ki, yüksək vəzifəli şəxs öz qanunsuz əməlləri ilə oğlunu da həbslə üz-üzə qoyacaq. Alimpaşa Məmmədovun oğlu Adil Adilzadənin həbs edilməsi məsələsi gündəmə gələ bilər. Qanunu bilməmək də insanı məsuliyyətdən azad etmir”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki