Alman əsilli Finlandiya sahibkarı və ən böyük fayl hostinqi Megaupload xidmətinin keçmiş sahibi Kim Dotcom X sosial şəbəkəsində yazıb ki, Fransa prezidenti Emmanuel Makronun Qərb ölkələrindən Ukraynaya mümkün qoşun göndərilməsi ilə bağlı sözləri Vaşinqtonun təhriki ilə deyilib.
O qeyd edib ki, Makronun bəyanatından sonra Qərb qoşunlarının Ukraynaya göndərilməsi rəsmi səviyyədə müzakirə olunur.
“O birtərəfli qaydada belə riskli bəyanat verməzdi”, – iş adamı əmindir.
O əlavə edib ki, onun fikrincə, Mərkəzi Avropa ABŞ və Rusiya arasında proxy müharibəsi ilə üzləşəcək. Dotcom həmçinin hesab edir ki, Qərbin Rusiyanın Ukraynada qələbəsinin qarşısını almaq istəyi üçüncü dünya müharibəsinə gətirib çıxaracaq.
Mənbə: Politico