image-n1karobka_ads
image-123
image-5-pic_32ratio_900x600-900x600-92628backend

Alman fermerlər Hannoverdə yayım şirkətinin girişini bağlayıblar

Alman fermerlər subsidiyaların götürülməsinə etiraz olaraq Hannoverdəki NDR yayım şirkətinin girişlərini və dayanacaqları bağlayıblar.

Bu barədə Bild nəşri məlumat yayıb.

Nəşr yazır: “Xeyli sayda fermer və orta biznes nümayəndələri NDR yayım mərkəzinin qarşısına toplaşıblar”.

Bild-in məlumatına görə, etirazlarda 30-dan çox traktor və iyirmidən çox başqa maşın iştirak edir.

Nümayiş təşkilatçıları fermerlərin etirazlarının kifayət qədər işıqlandırılmamasını tənqid edərək, ötən həftə Almaniyada qəbul edilmiş, fermerlərə yanacaq subsidiyalarının azaldılmasını nəzərdə tutan dövlət büdcəsi maddəsinin ləğvini tələb edirlər.

Mənbə: Haberler.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki