Almaniyanın şərqində keçirilən seçkilərdə ən çox səs toplayan alman partiyaları koalisiya sazişinə Ukraynaya silah tədarükünü qadağan edən bənd əlavə edə bilər.
Bu barədə Spiegel xəbər verir.
Koalisiya Xristian Demokrat İttifaqı, Almaniya Sosial Demokrat Partiyası (SPD) və Sara Vaqenknext Ağıl və Ədalət İttifaqı tərəfindən yaradıla bilər.
Qeyd olunur ki, SSV lideri Sara Vaqenknext Kiyevə silah tədarükünün fəal şəkildə əleyhinədir, münaqişənin diplomatik yolla həllinə çağırır.
Bundan əvvəl Almaniya kansleri Olaf Şolz Almaniyanın “Taurus” uzaqmənzilli raketlərini Ukraynaya ötürməyəcəyini təsdiqləyib.
DOĞRU.AZ