Polşa Almaniya hərbi kontingentinin öz ərazisində yerləşdirilməsinə razıdır.
Bunu “Rzeczpospolita” nəşrinə müsahibəsində Polşa xarici işlər nazirinin müavini Anjey Şeyna deyib.
Hazırda Polşada 10 minə yaxın ABŞ hərbi qulluqçusu var.
Şeyna vurğulayıb ki, qonşu dövlətdə silahlı münaqişə olduqda, Polşanın müttəfiqlərinin istənilən köməyi və əməkdaşlığı mümkün qədər alqışlanır.
“Beləliklə, əgər almanlar Litvada olduğu kimi Polşada da NATO-nun şərq cinahını gücləndirmək istəyirlərsə, xoş gəlmisiniz”, – Polşa XİN rəhbərinin müavini deyib.
Mənbə: A Haber