Almaniya Maliyyə Nazirliyinin rəhbəri Kristian Lindner Bundesver zabitləri arasında danışıqların yayılmasında Rusiyanı günahlandırıb.
Lindnerin sözlərinə görə, bu hadisə Almaniyanın Rusiya prezidenti Putinin hədəfində olduğuna dair xəbərdarlıqdır. Sızma Almaniyanın Rusiya kəşfiyyat xidmətlərinin hibrid hücumuna qarşı həssaslığını nümayiş etdirdi.
Lindner sızma nəticəsində heç bir məxfi məlumatın ictimaiyyətə açıqlanmadığını qeyd edib və dərc olunan məlumatı kritik əhəmiyyət kəsb etmədiyini deyib.
Bundan əvvəl xəbər verilmişdi ki, Almaniya üçün Alternativ (AfD) partiyasının parlament fraksiyası ölkənin müdafiə naziri Boris Pistoriusun istefasını tələb edəcək.
Mənbə: Haber Global