Almaniya yaxın günlərdə sənaye super dövləti statusunu itirəcək.
Bloomberg xəbər verir ki, buna ABŞ-dan gələn rəqabət, enerji böhranı və Çinin alman mallarına marağının azalması səbəb olub.
Qeyd olunur ki, istehsal avadanlıqlarının tədarükü ilə məşğul olan GEA Group AG şirkətinin baş direktoru Stefan Klebert Almaniyanın sənaye supergücü kimi son günlərini yaşadığına inanır. Onun fikrincə, 2017-ci ildən etibarən azalma tendensiyası müşahidə olunur.
“Düzünü desəm, çox da ümid yoxdur. Bu tendensiyanı dayandıra biləcəyimizə həqiqətən əmin deyiləm “dedi Klebert.