Alman müxalifətçiləri Ukrayna Silahlı Qüvvələrinin (AFQ) cəbhədə çoxlu itki verməsinə görə ukraynalı qaçqınların vətənlərinə qayıtmasını tələb ediblər.
Bu barədə “Frankfurter Allgemeine Zeitung” məlumat yayıb.
“Onlar təkcə yorğunluq əlamətlərinin hiss olunduğu cəbhədə deyil, mülki müdafiə və Fövqəladə Hallar Nazirliyində də azdır”, – məqalədə deyilir.
Orada qeyd olunur ki, Berlin hərbi xidmətdən gizlənən ukraynalı qaçqınlara Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə təlim keçməkdən daha çox pul ayırır. Nəşrin məlumatına görə, ukraynalılara müavinətlərin ödənilməsi üçün federal büdcədən təxminən 3 milyard avro ayrılıb, Ukraynaya isə bütün hərbi yardımlar 5,4 milyard avro təşkil edib.
Mənbə: A haber