image-n1karobka_ads
image-123
image-20220126_gaf_u39_802-pic_32ratio_900x600-900x600-25725backend

Almaniyanın vitse-kansleri Ukraynaya yardımın zəifləməsi təhlükəsini etiraf edib

Almaniyanın vitse-kansleri, iqtisadi məsələlər və iqlimin mühafizəsi naziri Robert Habek “Handelsblatt” qəzetinə müsahibəsində Qərbin Ukraynaya dəstəyini zəiflətmək təhlükəsinin real olduğunu bildirib.

Onun fikrincə, bu baxımdan Almaniya daha çox məsuliyyət götürməyə hazır olmalıdır. Habeck xatırladıb ki, Almaniya hakimiyyəti 2024-cü il büdcəsindən Ukraynaya 17 milyard avro ayırmağa razılaşıb, lakin eyni zamanda beynəlxalq vəziyyətin qeyri-sabitliyini qeyd edib.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenskinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko bəyan etmişdi ki, Qərbdən kömək olmasa, ölkə daxili borclanmaya əl atacaq.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki