Seysmoloqlar yanvarın 25-nə keçən gecə ardıcıl olaraq 5,1 və 5,9 bal gücündə iki zəlzələ qeydə alıblar.
Bu barədə Qazaxıstanın Alma-Ata vilayətinin Fövqəladə Hallar Departamentinin mətbuat xidməti məlumat yayıb.
“Zəlzələnin episentri Çinin Almatı şəhərindən 258 km cənub-şərqdə yerləşib”, – məlumatda deyilir.
Seysmik stansiyanın məlumatına görə, maqnitudası 5,1 olan yeraltı təkanlar 10 km dərinlikdə qeydə alınıb. Şəhər sakinləri 2 bal gücündə yeraltı təkanlar hiss ediblər.
Daha bir 5,9 bal gücündə zəlzələ bir neçə saat sonra şəhər əhalisi tərəfindən hiss olunub. Bu dəfə təbii fəlakətin episentri Almatıdan 273 km cənub-şərqdə Çin ərazisində yerləşib. Əldə olan məlumata görə, Almatı sakinləri 2 bal gücündə yeraltı təkanlar hiss ediblər.
Mənbə: lenta.ru