Yaponiyada USS Higgins esminesində xidmət edən ABŞ Hərbi Dəniz Qüvvələrinin dənizçisi Bryce Pedicini casusluqda ittiham olunub.
Bu barədə USNI News portalı sənədlərə istinadən məlumat yayıb.
Portalın məlumatına görə, dənizçi məxfi sənədlər və məlumatlarla düzgün davranmamaqda şübhəli bilinir. Xüsusilə, o, 2022-ci ilin noyabrından 2023-cü ilin fevralına qədər adı açıqlanmayan xarici hökumətin əməkdaşına məlumat ötürməkdə, eləcə də xarici əlaqələr barədə rəhbərlərə məlumat verməməkdə ittiham olunur.
Pedicininin bu həftə hərbi tribunal qarşısına çıxacağı dəqiqləşib.
Mənbə: CNN