Böyük Britaniya Silahlı Qüvvələrinin sayı hazırda qeyri-kafidir və yenidən nəzərdən keçirilməlidir. “The Times” xəbər verir ki, bu fikri ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Karlos del Toro bildirib.
Del Toro bildirib ki, Böyük Britaniya “bu gün mövcud olan təhdidləri nəzərə alaraq” öz qoşun səviyyələrini nəzərə almalıdır.
Nazir xatırladıb ki, Britaniya son illərdə ordusunu ixtisar etmək öhdəliyi götürüb, lakin indi ölkə özünə qlobal gərginliyin artması səbəbindən kral silahlı qüvvələrinin gücləndirilməsinin zəruri olub-olmaması sualını verməlidir. Bununla bağlı del Toro Britaniya hakimiyyətini silahlı qüvvələrə daha çox pul yatırmağa çağırıb.
Mənbə: Lenta.ru