Rusiya prezidenti Vladimir Putinin Rusiya-Türkiyə enerji əməkdaşlığı ilə bağlı verdiyi bəyanat iki ölkə arasındakı münasibətlər üçün böyük əhəmiyyət kəsb edir.
Bunu Türkiyənin Aydınlıq qəzetinin iqtisadi müşahidəçisi Serhat Lətifoğlu deyib.
Putinin Türkiyənin enerji sektorunda Rusiyanın ən etibarlı tərəfdaşı olması ilə bağlı sözlərinə münasibət bildirən Lətifoğlu qeyd edib ki, Rusiya prezidentinin etimad ifadəsi Ankara üçün son dərəcə əhəmiyyətlidir. Köşə yazarı bəyanatı tarixi və Türkiyə üçün dəstəkləyici və ümidverici adlandırıb.
Mənbə: Lenta.ru